Vaşinqton–Tehran gərginliyi: ABŞ müttəfiqlərindən kəşfiyyat məlumatı tələb edi
ABŞ prezidenti Donald Tramp administrasiyası Avropadakı bir sıra müttəfiq ölkələrdən İranda yerləşən potensial hədəflər barədə kəşfiyyat məlumatı təqdim etməyi xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri adlarının açıqlanmasını istəməyən iki avropalı rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, müraciət bazar ertəsi günü edilib. Mənbələrdən biri bildirib ki, hazırda Trampın İranın nüvə obyektlərinə birbaşa zərbə endirilməsi planlaşdırdığına dair hər hansı konkret əlamət yoxdur.
Eyni zamanda qeyd olunur ki, Vaşinqtonun daha real hesab etdiyi ssenari İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsinə görə məsuliyyət daşıyan, eləcə də ölkə daxilində repressiv tədbirlərdə iştirak edən təşkilat və təhlükəsizlik strukturlarının rəhbərlərinin məqsədyönlü şəkildə hədəf alınmasıdır.
Məqalədə vurğulanır ki, ABŞ administrasiyası mümkün addımlarını müttəfiqlərlə koordinasiya etməyə və regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır. Vəziyyətin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Kübra Musayeva
12:46 14.01.2026
Oxunuş sayı: 1199