ABŞ dronu İran sərhədlərində görüntüləndi
Amerika kəşfiyyat dronu Northrop Grumman MQ-4C Triton İran sərhədləri yaxınlığında müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə dünya üzrə hava hərəkətini izləyən Flightradar24 məlumat yayıb.
Məlumatlara görə, ABŞ Dəniz Qüvvələrinə aid dron BƏƏ-dəki hərbi bazadan havaya qalxaraq Fars körfəzi üzərində uçub. Eyni vaxtda Qətərdəki bazadan isə Lockheed C-130J Hercules yük təyyarəsi havaya qaldırılıb.
Nəzrin Abbas
12:36 14.01.2026
Oxunuş sayı: 1526