Sərnişin qatarına kran düşdü: 22 ölü, onlarla yaralı
Taylandda ağır dəmir yolu qəzası baş verib.
Crossmedia.az Khaosod nəşrinə istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Nakhon Ratçasima əyalətində tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində azı 22 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb.
Bildirilib ki, Banqkokdan Ubon Raçathani şəhərinə hərəkət edən sərnişin qatarı çökən kranla toqquşub. Güclü zərbə nəticəsində qatar relsdən çıxıb və vaqonlarda yanğın baş verib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar və Xilasetmə Xidmətlərinin əməkdaşları hazırda əməliyyatları davam etdirir. Xilasedicilər üç vaqonda sıxışmış sərnişinləri çıxarmağa çalışırlar.
İlkin məlumatlara əsasən, qəzaya uğrayan qatarda təxminən 200 sərnişin olub. Hadisənin səbəbləri araşdırılır.
12:30 14.01.2026
Oxunuş sayı: 1424