Avropa İttifaqı Putinlə danışıqlar üçün vasitəçi axtarır
Avropa İttifaqı Vladimir Putinlə danışıqları aparacaq vasitəçi təyin etməyi müzakirə edir. Bu vəzifə üçün keçmiş İtaliya baş naziri Mario Draqi və Finlandiya prezidenti Aleksandr Stubb nəzərdən keçirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məsələni Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Ciorca Meloni dəstəkləyir. Avropa rəsmiləri ABŞ-ın Rusiya ilə Ukrayna məsələsində Avropanı keçə biləcəyindən narahatdır və öz nümayəndələrini təyin etməyi planlaşdırır.
Draqinin namizədliyi İtaliya tərəfindən açıq dəstəklənib, Stubb isə vasitəçi kimi Trumpla əlaqələri və Finlandiyanın Rusiyaya yaxınlığı səbəbindən nəzərdən keçirilir.
Nəzrin Abbas
12:17 14.01.2026
Oxunuş sayı: 1461