Sankt-Peterburqda terror planı ifşa olundu – FSB ölümcül hücumu dayandırdı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburqda müdafiə sənayesi işçisinə qarşı hazırlanmış terror aktının qarşısını alıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən işə götürülmüş və sabotaj təlimi keçmiş Rusiya vətəndaşı saxlanılıb.
O, Leninqrad vilayətindəki müdafiə sənayesi şirkətinin işçisini üçüncü ölkə ərazisindən keçərək Smolensk vilayətində gizləndiyi yerdən bomba ilə hədəf almağa çalışıb. Hadisə FSB tərəfindən vaxtında qarşısı alınıb.
Nəzrin Abbas
12:16 14.01.2026
Oxunuş sayı: 1124