İranda keçmiş futbolçu və arvadı etirazlara dəstək verdiyi üçün öldürülüb? – ŞOK İDDİA
İranın Təbriz şəhərinin “Traktor” futbol klubunun keçmiş oyunçusu Möctəbə Törşsiz və həyat yoldaşı ölkədə davam edən etirazlar zamanı öldürülüblər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Törşsiz və həyat yoldaşı İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən xalqın etirazlarına dəstək verdiklərinə görə hədəf alınıblar.
Hadisə ölkədəki gərginliyin və etirazların davam etdiyi dövrdə baş verib və ictimaiyyətdə böyük rezonans doğurub.
Nəzrin Abbas
12:07 14.01.2026
Oxunuş sayı: 1176