Özbək jurnalist Daşkəndi Bakı nümunəsinə əsasən “Rus evi” ilə bağlı addım atmağa çağırdı
Azərbaycan nümunəsində olduğu kimi, ölkəmizdə “Rus evi” tipli təşkilatların, təbliğat mediasının və onlara simpatiya bəsləyən “beşinci kolon”un fəaliyyətinə çox diqqətlə baxmaq lazımdır. Bu qurumların heç biri Özbəkistandakı rusdilli azlığın maraqlarını ifadə etmir. Onlar imperialist maraqları irəli sürürlər
Crossmedia.az xəbər verir ki, bu barədə özbək jurnalist Nikita Makarenko deyib.
Jurnalist Bakı nümunəsini misal gətirərək Özbəkistanda “Rus evi” tipli təşkilatların, eləcə də təbliğat xarakterli KİV-lərin və onlarla əlaqəli strukturların fəaliyyətinin ciddi şəkildə nəzərdən keçirilməli olduğunu vurğulayıb.
Nihat Tahirov
11:46 14.01.2026
Oxunuş sayı: 1105