SpaceX şirkəti İranda Starlink peyk internetini pulsuz istifadəyə verib. Bu addım ölkədəki etirazlar və hökumət tərəfindən internetin məhdudlaşdırılması fonunda atılıb.
Crossmedia.az xəbər verir ki bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, hazırda etirazçılar hökumətin internet blokunu Starlink vasitəsilə aşaraq əlaqələrini saxlayırlar. Bu, İranda kütləvi etirazların davam etdiyi dövrdə informasiya və kommunikasiya azadlığını qorumaq üçün mühüm addım hesab olunur.
Nəzrin Abbas