Trampdan işçiyə nalayiq hərəkət
ABŞ prezidenti Donald Tramp Miçiqan ştatındakı Ford zavoduna səfəri zamanı bir işçiyə orta barmağını göstərib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İşçi Trampı “pedofilləri qorumaqda” ittiham etmişdi.
Ağ Ev kommunikasiyalar direktoru Stiven Çenq TMZ nəşrinə açıqlamasında bildirib:
"Qəzəb anında bir adam səs-küylə söyüş söyürdü və prezident ona uyğun, aydın cavab verdi".
Zavod işçisi isə bu insidentlə bağlı araşdırma aparılana qədər işdən müvəqqəti kənarlaşdırıldığını bildirib.
Nəzrin Abbas
10:37 14.01.2026
Oxunuş sayı: 1630