Çin “Yaogan-50-1” peykini orbitə çıxardı
Çin “Yaogan-50-1” adlı Yerin məsafədən zondlanması peykini uğurla orbitə buraxıb. Peykin əsas məqsədi Yer səthinin müşahidəsi və məlumat toplanmasıdır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, peyk yüksək dəqiqlikli müşahidə imkanları ilə təchiz olunub və elmi, həmçinin hərbi tətbiqlərdə istifadə oluna bilər. Orbitə çıxarılma prosesi müvəffəqiyyətlə başa çatıb.
Nəzrin Abbas
10:30 14.01.2026
Oxunuş sayı: 1598