ABŞ-yə SƏRT XƏBƏRDARLIQ: İrana qarşı addımlar neft bazarını “partlada” bilər
Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ə İrana qarşı siyasətlə bağlı yeni mesaj ötürüblər. Körfəz ölkələri Vaşinqtonu xəbərdar ediblər ki, Tehrana qarşı mümkün gərginləşdirici addımlar qlobal neft bazarına ciddi təsir göstərə bilər.
Crossmedia.az bu barədə The Wall Street Journal qəzetinə istinadən xəbər verir.
Məlumata görə, adıçəkilən ölkələr regionda eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayaraq, hərbi və ya siyasi təzyiqlərin enerji təchizatında risklər yaradacağını ABŞ tərəfinin diqqətinə çatdırıblar.
Qeyd olunur ki, Körfəz ölkələri regional sabitliyin qorunmasının həm Yaxın Şərq, həm də qlobal iqtisadiyyat üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər.
Nəzrin Abbas
10:07 14.01.2026
Oxunuş sayı: 1485