İran hakimiyyəti ölkəni qlobal internetdən ayırmaq üçün hazırlıqlara başlayıb. Bununla bağlı milli, təcrid olunmuş internet infrastrukturunun yaradılması istiqamətində ilkin addımlar atılıb.
Crossmedia.az bu barədə The Guardian qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bu proses çərçivəsində yerli axtarış sistemləri, xəritələr, mesajlaşma tətbiqləri, eləcə də yalnız dövlət tərəfindən təsdiqlənmiş məzmunu yayımlayan platformaları əhatə edən veb-saytların “ağ siyahısı” tətbiq olunub.
Mənbənin məlumatına əsasən, İranda qapalı internetin artıq “skeletli versiyası” fəaliyyət göstərir. Bu sistem tam şəkildə hakimiyyət orqanlarının nəzarəti altındadır və xarici dünya ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Qeyd olunur ki, mövcud model hətta Çində tətbiq olunan internet məhdudiyyətlərindən də daha sərtdir.
Nəzrin Abbas