Rusiyada miqrant uşaqların statusu ilə bağlı YENİ QƏRAR
Rusiya hakimiyyəti miqrant uşaqların ölkədə qalma şərtlərini tənzimləyəcək yeni qaydalar üzərində işləyir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müvafiq hökumət qərarına əsasən, bu mexanizmlər 31 mart 2027-ci ilədək müəyyənləşdiriləcək.
Qaydalar yetkinlik yaşına çatmayan miqrantların təhsil müəssisələrinə davamı və onların qanuni nümayəndələri ilə iş prosesini əhatə edəcək. Yekun hesabat Rusiya hökumətinə təqdim olunacaq.
Nəzrin Abbas
09:45 14.01.2026
Oxunuş sayı: 1326