Qrenlandiyadan açıqlama: ABŞ yox, Danimarka və NATO ilə qalacağıq
Qrenlandiya ABŞ-nin deyil, Danimarkanın tərkibində qalmaq istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib.
Kopenhagendə keçirilən mətbuat konfransında o qeyd edib ki, hazırda seçim qarşısında qalsalar, Qrenlandiya Danimarka, NATO və Avropa İttifaqını seçir.
Baş nazir vurğulayıb ki, indi daxili mübahisələr zamanı deyil, birlik nümayiş etdirməyin vaxtıdır. O, həmçinin qeyd edib ki, Qrenlandiya alına bilməz və hər zaman Qərb alyansının bir hissəsi olaraq qalacaq. “Ən vacib məsələ özümüzü satmamaqdır. Mövqeyimiz tam aydındır: əməkdaşlıq və müttəfiqlik istəyirik. Qrenlandiya həmişə Qərb alyansının bir hissəsi olacaq”, – deyə Nilsen əlavə edib.
04:30 14.01.2026
Oxunuş sayı: 923