Andorrada dağ-xizək kurortunda uçqun olub
Andorranın Ordino-Arkalis dağ-xizək kurortunda təhlükəli hadisə qeydə alınıb. İspaniyalı tanınmış idmançı, dağ xizəyi üzrə Kataloniya çempionu Ares Masip eniş zamanı iti ilə birlikdə yıxılıb və bu, güclü qar uçqununa səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə təxminən 2400 metr yüksəklikdə baş verib. Artıq tanış olduğu yamacda xizək sürən Masipin yıxılmasından sonra qar örtüyü qəfil hərəkətə gəlib. Uçqun idmançını və onun Sip adlı itini bir neçə on metr aşağı sürükləyib.
Buna baxmayaraq, idmançı üçün hadisə xoşbəxt sonluqla bitib — Ares Masip və iti yalnız yüngül xəsarətlər və qorxu ilə xilas olublar.
23:26 13.01.2026
Oxunuş sayı: 1067