Rusiya Ukraynaya qarşı hücumlarda yeni PUA-dan istifadə edib
Rusiya 2026-cı ilin əvvəlində Ukraynaya qarşı hava hücumları zamanı ilk dəfə olaraq yeni “Geran-5” zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, reaktiv mühərrikli dronun uzunluğu təxminən 6 metr, qanad açıqlığı isə 5,5 metrdir. PUA təxminən 90 kiloqramlıq döyüş başlığı daşıyır və uçuş məsafəsi 1 000 kilometrə qədər qiymətləndirilir.
“Geran-5” peyk naviqasiyası sistemi ilə təchiz olunub və “Geran-3” modelindən daha güclü reaktiv mühərrikə malikdir. Aparatın dizaynının tamamilə Rusiya istehsalı olmadığı, İranın “Karrar” PUA-sı ilə ciddi oxşarlıqlar göstərdiyi bildirilir.
Eyni zamanda, Rusiyanın bu PUA üçün hava vasitələrindən buraxılış variantlarını, eləcə də hava-hava raketlərinin inteqrasiyası imkanlarını sınaqdan keçirdiyi qeyd olunur.
00:30 14.01.2026
Oxunuş sayı: 979