Macarıstanda parlament seçkilərinin tarixi açıqlanıb
Macarıstanda 2026-cı il parlament seçkilərinin tarixini açıqlanıb. Seçkilər 12 apreldə, bazar günü keçiriləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstan Prezidenti Tamas Sulyok açıqlayıb.
Prezidentin ofisi tərəfindən yayılan bəyanatda bildirilir ki, bu qərar Konstitusiya və seçki qanunvericiliyinə uyğun olaraq qəbul edilib.
O, vətəndaşları demokratik hüquqlarını istifadə etməyə, səs verməyə çağırıb. Prezident qeyd edib ki, azad seçkilər demokratiyanın əsas prinsiplərindən biridir.
22:36 13.01.2026
Oxunuş sayı: 1053