Danimarkada uşaqlar üçün telefon istifadəsi məhdudlaşdırılır
Danimarka məktəblərində uşaqların gündəlik telefon və ekran istifadəsi ciddi narahatlıq doğurub. Məlumata görə, bəzi uşaqlar gündə 5 saata qədər telefon istifadə edir ki, bu da onların təhsilinə və sağlamlığına mənfi təsir göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bu səbəbdən məktəblərdə uşaqlar hər səhər telefonlarını müəllimlərə təhvil verirlər və yenidən kağız kitablar dərslərdə istifadə olunur. Həmçinin klublar və idman mərkəzlərində də telefon istifadəsi dayandırılıb. Nəticədə uşaqlar daha çox danışır və bir-biri ilə oynayırlar.
Danimarka hökuməti əlavə olaraq yeni qaydalar da hazırlayır.
15 yaşdan kiçik uşaqlar sosial mediadan istifadə edə bilməyəcək. Valideynlər və müəllimlər bu dəyişiklikdən məmnundurlar və uşaqların sağlam və xoşbəxt olmasını istəyirlər.
21:23 13.01.2026
Oxunuş sayı: 905