CROSSMEDIA - "Qonşusu aç ikən tox yatmamaq" prinsipini rəhbər tuturuq
Xarici xəbərlər

"Qonşusu aç ikən tox yatmamaq" prinsipini rəhbər tuturuq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsindəki çıxışında dünyaya səslənərək, İsrailin hücumları və Qəzzadakı vəziyyətə diqqət yetirib.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Ərdoğan BMT-nin “2030 - Dayanıqlı İnkişaf Məqsədlərinə” çatmaq üçün aparılan səylərinin hələ də  gözlənilən nəticələri vermədiyini qeyd edib. 

Həmçinin, o, Türkiyənin "qonşusu aç ikən tox yatmamaq" prinsipini özünə rəhbər tutduğunu vurğulayıb.

Qeyd edək ki, Ərdoğan Qəzzadakı qıtlıq riskinin “fəlakət” səviyyəsində olduğunu bildirib və Qəzzada yaşanan bu fəlakət qarşısında bir daha daimi və qalıcı sülhə çağırış edib.
 
Nəzrin Salmanova

11:33 19.11.2024

Oxunuş sayı: 32592

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR