Bu il Misir turizmdən 10 milyard dollara yaxın gəlir əldə edib

Bu ilin yeddi ayı ərzində Misirin
turizmdən gəlirləri 9.6 milyard dollara çatıb. Ölkəyə iyul ayının sonunadək
təxminən 10 milyon turist gəlib.
Crossmedia.az xəbər verir ki, bunu Misirin turizm naziri Şərif Fəthi yerli
televiziya kanalına açıqlamasında bildirib.
Qeyd edilməlidir ki, turizm sektoru ölkə üçün ən vacib valyuta
mənbələrindən biri hesab olunur. Misir sahil kurortları və Nil çayı üzərində
təşkil olunan su gəzintiləri sayəsində Orta Şərqdə ən yaxşı istirahət
məkanlarından biri kimi tanınır. Bölgədəki geosiyasi gərginliyin azalmasından
sonra ölkəyə gələn turistlərin sayında artım qeydə alınıb.
Bundan əlavə, Misir turist axınını təmin etmək üçün hotel otaqlarının
sayını artırmaq üzərində işləyir. Misir hökuməti 2031-ci ilə qədər 340 min yeni
hotel otağı əlavə etmək məqsədilə 35.4 milyard dollar dəyərində investisiya
cəlb etməyi planlaşdırır. Bu addımla hotellərin ümumi otaq sayı 568 minə
çatacaq. Müqayisə üçün deyilməlidir ki, 2024-cü ilin sonuna olan statistikaya
görə, ölkədə hotellərin otaq sayı 228 min olub.(Azərtac)
22:39 01.10.2025
Oxunuş sayı: 770