Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Oktyabrın 1-i saat 18:00-a olan məlumatına əsasən,
ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sədərək, Daşkəsən, Gədəbəy,
Göygöl, Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Xızı, Quba, Qusar, Şabran,
Yevlax, Lerikdə arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə
şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron
yarımadasında, Goranboyda 19, Culfa, Naftalanda 18, Şirvanda 15 m/s-yə çatır.
19:35 01.10.2025
Oxunuş sayı: 668