XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın nəşrləri haqqında tədbir keçirilib

XI Bakı
Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən “Akademiyada:
biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər
verir ki, tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik
İsa Həbibbəyli açaraq bu il AMEA-nın 80 illik yubileyinin qeyd olunmasından,
bununla bağlı silsilə tədbirlər keçirilməsindən bəhs edib. Yubileylə bağlı 52
adda monoqrafiya, biblioqrafiya və tanıtım kitabının nəşrinin nəzərdə
tutulduğunu söyləyən akademik onlardan 30-nun artıq işıq üzü gördüyünü
bildirib. Qeyd edib ki, kitabların bir qismi AMEA-nın 15 təsisçisi və ilk
akademiklərinin həyat və yaradıcılıq yoluna həsr olunub: “Bu nəşrlər AMEA-nın
tarixi yaddaşının qorunub saxlanılması baxımından əhəmiyyət kəsb edir. Eyni
zamanda, həmin kitabları AMEA təsisçilərinin “elmi pasportu” adlandırmaq olar”.
22:15 01.10.2025
Oxunuş sayı: 641