BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki
Yaradıcılıq Mərkəzi universitet tələbələri üçün süni intellekt təlimi təşkil
edəcək.
Bu barədə
Crossmedia.az -a BDU-dan bildirilib.
Altı
aylıq ödənişsiz təlim proqramına qəbul test üsulu ilə aparılacaq və 15 nəfərlik
əyani, 30 nəfərdən çox onlayn qruplar yaradılacaq.
Proqram
ərzində iştirakçılara “Python” proqramlaşdırma dili, verilənlərin təhlili və
vizuallaşdırılması, “Machine learning” alqoritmləri, süni intellekt
texnologiyaları istiqamətləri üzrə təlimlər keçiriləcək.
Qeydiyyat oktyabrın 12-də yekunlaşacaq.
20:53 01.10.2025
Oxunuş sayı: 1003