Qətər Trampın Qəzza planına dəstəyini bəyan edib

İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohaya edilən son hücuma görə üzr istəyib. Bu xəbər Qətər Xarici İşlər Nazirliyinin mətbuat konfransında təsdiq edilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Macid Əl-Ənsari bildirib ki, insidentdən sonra Qətər həmçinin ABŞ-dan aldığı təhlükəsizlik zəmanətlərindən məmnundur.
Crossmedia.az Arab News-a istinadən xəbər verir ki, Qəzza mövzusuna toxunan nümayəndə qeyd edib ki, Doha hələ də HƏMAS-ın ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünə rəsmi cavabını gözləyir. O, qruplaşmanın bu təklifi qəbul edəcəyinə dair nikbinlik ifadə edib.
Əlavə olaraq qeyd edilib ki, danışıqların irəliləməsi üçün Qətər, ABŞ və digər tərəfdaşlarla birlikdə vasitəçi qrupunun görüşünə Türkiyə çərşənbə axşamı qoşulacaq.
Qətər bir daha Trampın planına dəstəyini ifadə edib. Onu, Qəzza müharibəsinə son qoymaq və regionda sabitliyi bərpa etmək üçün hərtərəfli bir baxış adlandırıb.
Sevinc Yarməmmədova
17:19 30.09.2025
Oxunuş sayı: 895