Azərbaycan Teatr Xadimləri İttifaqı yeni laboratoriyaya qeydiyyat elan edib

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən həyata keçirilən “Teatr dərsləri” layihəsi çərçivəsində yeni mərhələyə start verilib.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində fəaliyyət göstərəcək Teatr nəzəriyyəsi və teatrşünaslıq laboratoriyası istedadlı gəncləri dərslərə qoşulmağa dəvət edir.
Laboratoriyada iştirak üçün 18–35 yaş arası gənclər müraciət edə bilər. Proqram teatr sənətinin nəzəri əsaslarını öyrənmək, tənqid, analiz və teatr proseslərini elmi baxımdan dəyərləndirmək bacarığını inkişaf etdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
Laboratoriyanın rəhbəri – tanınmış teatrşünas Dağlar Yusif olacaq. Dərslərin noyabrın 1-dən etibarən başlanacağı və 1 il ərzində keçiriləcəyi bildirilir.
Təlimləri uğurla başa vuran iştirakçılar Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən sertifikatla təltif ediləcəklər.
Layihə teatr sahəsində nəzəri biliklərini genişləndirmək, teatrşünaslıq istiqamətində ixtisaslaşmaq istəyən gənclər üçün əhəmiyyətli imkan yaradır.
Ayan Sədi
12:23 30.09.2025
Oxunuş sayı: 699