SOCAR-ın kollektivi Ümummilli Lider Heydər Əliyevinməzarını ziyarət edib






Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə onun Fəxri xiyabandakı məzarını ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad ediblər.
Crossmedia.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
15:55 10.05.2025
Oxunuş sayı: 565