Pentaqondan Ukraynanın Rusiyaya zərbələri ilə bağlı sərt açıqlama
Ukraynanın Rusiya ərazisinin dərinliklərində yerləşən obyektlərə endirdiyi zərbələr müharibənin başa çatmasını yaxınlaşdırmır və Rusiya qoşunlarının cəbhədə irəliləyişini dayandırmır.
Crossmedia.az xəbər verir ki, "Associated Press" bu barədə məlumat yayıb.
Kolbi bu fikirləri noyabrın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisindəki uzaq məsafəli hədəflərə hücumları nə müharibənin yekunlaşmasına, nə də Rusiya ordusunun cəbhədə irəliləyişinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərib.
"Xüsusilə 'Wildberries' kimi mülki infrastruktura yönələn hücumlar, əslində, Rusiya cəmiyyətinin qətiyyətini və Kremlin münaqişəni daha da genişləndirmək hazırlığını gücləndirmiş ola bilər", – deyə Kolbi bildirib.
Pentaqon rəsmisi Ukraynaya hərbi yardımın cəbhə xəttində daha effektiv istifadə edilə biləcək silah və avadanlıqlara yönəldilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Kolbinin açıqlamaları Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi uzaqmənzilli hücumların effektivliyinə dair ABŞ tərəfinin qiymətləndirməsini əks etdirir.
12:37 18.11.2026
Oxunuş sayı: 97