ABŞ-də, meyitxanada ağlasığmaz hadisə baş verib
ABŞ-nin Arizona ştatında xəstəxananın meyitxanasında 79 yaşlı qadının cəsədinə qarşı cinsi zorakılıq törətməkdə təqsirləndirilən keçmiş mühafizəçi məhkəmə tərəfindən təqsirli bilinib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2023-cü ilin noyabrında Feniks şəhərindəki Banner Universiteti Tibb Mərkəzinin morqunda baş verib.
49 yaşlı Rendall Bird səhər saatlarında həmkarları tərəfindən meyitxananın soyuducu bölməsində aşkarlanıb. Onun geyiminin dağınıq, şalvarının açıq olduğu, 79 yaşlı qadının cəsədinin isə yarıçılpaq vəziyyətdə qaldığı bildirilib.
Mühafizəçi əvvəlcə özünü pis hiss etdiyini, huşunu itirərək yıxıldığını və təsadüfən meyitin üzərinə düşdüyünü iddia edib. Lakin araşdırma zamanı qadının bədənində onun DNT izləri aşkarlanıb. Məhkəmə sənədlərində qadının qabırğalarında ölümündən sonra yaranmış sınıqların da qeydə alındığı bildirilib.
Məhkəmə heyəti noyabrın 12-də Birdu ölən şəxsin cəsədinə qarşı cinsi xarakterli hərəkətlərə görə dörd maddə üzrə təqsirli bilib.
Keçmiş mühafizəçiyə dekabrın 18-də hökm oxunacaq. O, bütün maddələr üzrə ümumilikdə 15 ilədək həbs cəzası ala bilər.
07:12 17.11.2026
Oxunuş sayı: 19