Bakıda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bakıxanov qəsəbəsində 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Crossmedia.az xəbər verir ki, noyabrın 15-i saat 06 radələrində 1994-cü il təv. İsmayıl İmamverdi oğlu Hüseynzadə yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.(Report)
12:05 16.11.2026
Oxunuş sayı: 93