Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib
Xaçmaz rayonunun Yalama kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, ötən gecə “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində 26 yaşlı Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub.(APA)
11:23 16.11.2026
Oxunuş sayı: 120