Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırıb
Bolqarıstan Ukraynaya öz ordusunun ehtiyatlarından silah və sursat verməyəcək, həmçinin “İstəklilər koalisiyası” çərçivəsində hərbi hazırlıq fəaliyyətlərində iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, Bolqarıstan hökumətinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Radev bildirib ki, ölkəsinin silahlı qüvvələrinin anbarlarından Ukraynaya silah və sursat göndərilməsi artıq dayandırılıb.
Baş nazir həmçinin “İstəklilər koalisiyası”nın Ukraynaya göndərilməsi nəzərdə tutulan hərbi birləşmələr yaratmaq və onların hazırlığını keçirmək təşəbbüsünü qəbul etmədiklərini vurğulayıb.
Onun sözlərinə görə, Bolqarıstan parlamenti ölkə hərbçilərinin bu cür missiyalarda iştirak etməyəcəyi barədə qərar qəbul edib.
Radev əlavə edib ki, Bolqarıstan Avropa İttifaqı və NATO çərçivəsində təhlükəsizlik məsələlərinə dair əməkdaşlığı davam etdirəcək.
16:43 14.11.2026
Oxunuş sayı: 144