Paşinyan Ermənisyanın Aİ üzvü olacağı tarixi açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini 20 ildən sonra Avropa İttifaqının (Aİ) tərkibində gördüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, “NEWS.am” bu barədə məlumat yayıb.
Baş nazir Ermənistanı 20 ildən sonra harada gördüyü barədə suala cavabında belə deyib:
“Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”.
Paşinyan Ermənistanın xarici siyasətində alternativ istiqamətlərin yaradılmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının üzvü ola bilməz.
Baş nazirin sözlərinə görə, uzun müddət Ermənistanın Aİİ-yə alternativinin olmadığı barədə təsəvvür formalaşıb. Lakin hökumət ölkə üçün yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yaratmağa çalışır.
Qeyd edək ki, Ermənistan 2025-ci ilin martında Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib.
14:28 14.11.2026
Oxunuş sayı: 133