“Çapanda ağ-boz atın büdrəməsin" adlı rəsm sərgisi başa çatıb.
Azərbaycan Milli Xalça Muzeyində Vətən müharibəsinin ildönümü münasibətilə təşkil edilən “Çapanda ağ-boz atın büdrəməsin (Azərbaycan hərb ənənəsində döyüş atı)” adlı rəsm sərgisi başa çatıb.
Crossmedia.az xəbər verir ki, bağlanış tədbirində əvvəlcə ekspozisiyada əsərləri nümayiş olunan iştirakçılara sertifikatlar təqdim edilib. Ardınca sərginin rəsmi bağlanış mərasimi keçirilib.
Sərgi vasitəsilə Azərbaycan hərb tarixində döyüş atlarının rolu, onların milli hərbi ənənələrimizdə tutduğu yer rəsm əsərləri ilə təqdim olunub. Vətən müharibəsinin ildönümünə həsr edilən ekspozisiya ölkəmizin zəngin tarixi-mədəni irsinin, eləcə də hərbçilik ənənələrinin tanıdılması və təbliği baxımından əhəmiyyət daşıyıb.
13:20 14.11.2026
Oxunuş sayı: 149