Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Crossmedia.az xəbər verir ki, yığma A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edəcək.
Görüş saat 15:00-da, Milli Gimnastika Arenasındakı baş tutacaq.
Xatırladaq ki, Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.
09:56 14.11.2026
Oxunuş sayı: 80