Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşərək partlayıb və gəmilərdə yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
İran tərəfinin açıqlamasına görə, tankerlər Tehran tərəfindən icazə verilməyən marşrutla Hörmüz boğazından keçməyə çalışıblar.
Bildirilir ki, gəmilər dəniz minalarına düşdükdən sonra güclü partlayışlar baş verib və yanğın başlayıb.
SEPAH tankerlərin əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymadığını və təhlükəli hesab edilən əraziyə daxil olduğunu iddia edib.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında mayeləşdirilmiş qaz daşıyan tankerin dəniz minasına düşərək partladığını açıqlamışdı.
İran rəsmiləri gəmiçilik şirkətlərini Hörmüz boğazından keçərkən müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.
Tankerlərin kimliyi, onlara dəyən ziyanın miqyası və mümkün xəsarət alanlar barədə dəqiq məlumat verilməyib.
İran tərəfinin açıqladığı hadisənin təfərrüatları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
10:02 14.11.2026
Oxunuş sayı: 105