Azərbaycanda daha 55 peşə standartı hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərlə əməkdaşlıq çərçivəsində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlayır, 84 standartın isə yenilənməsi istiqamətində işlər aparır.
Nazirlikdən Crossmedia.az-a bildirilib ki, yeni standartlar maliyyə-mühasibatlıq, nəqliyyat-logistika, emal sənayesi və digər sahələri əhatə edir.
Qeyd olunub ki, son illərdə nazirlik tərəfindən ümumilikdə 1700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.
Vurğulanıb ki, peşə standartları konkret sahədə işçinin yerinə yetirməli olduğu işin məzmununu və əmək şəraiti ilə bağlı minimum tələbləri müəyyənləşdirir. Kvalifikasiya standartları isə müvafiq kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əks etdirir.
11:23 14.11.2026
Oxunuş sayı: 77