Paşinyan dekabrda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Nikol Paşinyan bu barədə İrlandiyanın paytaxtı Dublində çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, səfərlərin əsas məqsədi Rusiya tərəfi ilə danışıqlar aparmaqdır.
Paşinyan Ermənistan və Rusiya arasında münasibətlərin dostluq şəraitində davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.
O, çıxışında İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığına da toxunub.
Ermənistanın hökumət başçısı ölkəsinin siyasi məqsədlərindən birinin alternativ imkanlar yaratmaq olduğunu vurğulayıb.
09:37 14.11.2026
Oxunuş sayı: 111