Çiy süd içmək təhlükəlidirmi?
Son dövrlər sosial şəbəkələrdə çiy südün immuniteti gücləndirdiyi, həzmi yaxşılaşdırdığı və allergiyanın qarşısını aldığı barədə iddialar yayılıb. Lakin mütəxəssislər bu məhsulun ciddi sağlamlıq riskləri daşıdığına diqqət çəkirlər.
Crossmedia.az xəbər verir ki, “Sabah” qəzetinin məlumatına görə, pasterizə edilməmiş süd Salmonella, E.coli və Listeria kimi təhlükəli bakteriyalar daşıya bilər.
Bu mikroorqanizmlər qida zəhərlənməsinə və ağır infeksiyalara səbəb ola bilər.
İngiltərənin Qida Standartları Agentliyi çiy südü yüksək riskli məhsul kimi qiymətləndirir və xüsusilə uşaqlara, hamilələrə, yaşlılara, immun sistemi zəif olan şəxslərə bu məhsuldan uzaq durmağı tövsiyə edir.
Mütəxəssislər çiy südün pasterizə edilmiş süddən daha faydalı olduğunu təsdiqləyən yetərli elmi sübutun olmadığını bildirirlər.
08:29 14.11.2026
Oxunuş sayı: 241