Ukraynanın Rusiyaya qarşı əməliyyatı ilə bağlı yeni açıqlama gəlib
Kiyevə endirilən zərbələr Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi 40 günlük əməliyyatın nəticəsi olub. Bu iddianı ABŞ dəniz piyadalarının istefada olan kəşfiyyat zabiti Skott Ritter səsləndirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Ritter sosial şəbəkə hesabında Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdəki körpülərə endirilən Rusiya zərbələri ilə bağlı açıqlamalarını şərh edib. O, Ukrayna tərəfinin həyata keçirdiyi əməliyyatı “səhv addım” adlandıraraq, bunun başlanmamalı olduğunu bildirib.
Məlumata görə, Zelenski iyun ayında Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya əleyhinə 40 günlük əməliyyatını təsdiqləyib. Bildirilirdi ki, əməliyyatın məqsədi silahlı qarşıdurmanın dayandırılmasına nail olmaq olub.
Lakin əməliyyat başa çatdıqdan sonra onun nəticələri ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilib və bəzi mənbələr planın uğursuz olduğunu iddia ediblər.
22:26 03.10.2026
Oxunuş sayı: 46