İranın cənubunda kəşfiyyat dronu vurulduğu bildirilir
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubunda yerləşən Qeşm adası üzərində naməlum pilotsuz uçuş aparatını vurub.
Crossmedia.az xəbər verir ki, monitorinq resursları bu barədə məlumat yayıb.
İlkin məlumatlara görə, hədəfin məhv edilməsi üçün “Khordad-15” zenit-raket kompleksindən buraxılan “Sayyad-3E” raketindən istifadə olunub.
Məlumatda vurulan aparatın zərbə dronu olmadığı, ehtimal ki, kəşfiyyat məqsədilə istifadə edildiyi bildirilir.
Pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu və Qeşm adasının üzərində hansı şəraitdə peyda olduğu hələlik məlum deyil.
22:16 03.10.2026
Oxunuş sayı: 49