Britaniyada İran vətəndaşlığı olan şəxs terror şübhəsi ilə saxlanıldı
Böyük Britaniyada ABŞ-nin İrana qarşı əməliyyatları üçün istifadə etdiyi aviabaza ətrafında araşdırılan mümkün terror planı ilə əlaqədar ikili Britaniya-İran vətəndaşlığı olan 25 yaşlı şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Polisin məlumatına görə, şəxs terror aktları hazırlamaqda şübhəli bilinir və Londonda saxlanılıb.
Hadisə sentyabrın 27-də İngiltərənin qərbində yerləşən RAF Fairford aviabazası yaxınlığında baş verib. Həmin vaxt 20 yaşlarında olan beş britaniyalı terrorçuluq və partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılıb. Sonradan onlar ittiham irəli sürülmədən polis nəzarəti altında sərbəst buraxılıblar.
Britaniya antiterror polisi hadisədə xarici dövlətin iştirakının olub-olmadığını araşdırır. Baş nazir Endi Börnham da hadisənin İranla əlaqəli ola biləcəyini bildirib.
İran isə bu iddiaları əsassız adlandırıb və cümə axşamı məsələ ilə bağlı Britaniyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Böyük Britaniyanın antiterror polisinin baş koordinatoru Viki Evans bildirib ki, Qlosterşirdə baş verən hadisələrin araşdırılması olduqca mürəkkəbdir və mütəxəssislər bir neçə istiqamət üzrə araşdırma aparırlar.
04:50 03.10.2026
Oxunuş sayı: 46