Kanada Türkiyə ilə ticarəti genişləndirməyə hazırlaşır
Kanadanın Baş naziri Mark Karni bu ayın sonunda Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Səfər baş tutarsa, bu, Kanada baş nazirinin Türkiyəyə ayrıca ikitərəfli formatda ilk səfəri olacaq.
Gözlənilir ki, görüşlərdə iyul ayında başlanmış azad ticarət zonası ilə bağlı danışıqlar, eləcə də enerji, nüvə energetikası və müdafiə sahələrində mümkün əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Karni bu səfərlə Kanadanın ABŞ-lə ticarətdən asılılığını azaltmaq və növbəti onillik ərzində digər ölkələrlə ticarət dövriyyəsini iki dəfə artırmaq strategiyasını həyata keçirməyə çalışır.
Hazırda Kanada ilə Türkiyə arasında ikitərəfli ticarətin həcmi nisbətən aşağıdır. 2025-ci ildə bu göstərici 4,34 milyard Kanada dolları təşkil edib.
23:30 02.10.2026
Oxunuş sayı: 49