Payızın qoxusu dəyişir: Bu mövsüm hansı ətirlər dəbdə olacaq?
Havanın soyuması ilə geyim seçimlərində olduğu kimi, ətir seçimlərində də üstünlük verilən qoxular dəyişir. Yay aylarında daha yüngül, təravətli və sitruslu kompozisiyalar ön planda olduğu halda, payızda daha isti, dərin və dolğun qoxulara maraq artır. Mövsümün atmosferinə uyğun olaraq şirin, ədviyyəli və odunsu çalarları birləşdirən ətirlər xüsusilə diqqət çəkir. Bu payız ətir dünyasında klassik isti notlarla yanaşı, son dövrdə populyarlığı artan qoxular da ön plana çıxır. Balın yumşaq şirinliyi, tütünün xarakterik dərinliyi, vanilin isti və kremli çaları, eləcə də qəhvənin fərqli aroması payız kompozisiyalarında daha çox istifadə olunan notlar sırasında yer alır. Bəs mövsümə uyğun ətir seçərkən hansı notlara üstünlük vermək daha məqsədəuyğundur?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ətirçi Elxan Hüseynov bildirib ki, ətirçi qeyd edib ki, bu payız ətir seçimlərində daha isti və dərin səslənən notlar ön plana çıxacaq: "Xüsusilə bal və tütün notları ilə yanaşı, ədviyyəli-vanilli kompozisiyalar payız mövsümünün xarakterinə uyğun seçimlər sırasında olacaq. Son dövrlərdə qəhvə qoxusuna marağın da artdığını bildirən ətirçi bu notun ətir kompozisiyalarında daha çox istifadə edilməyə başladığını qeyd edib. Onun sözlərinə görə, bu cür notlar sərin havalarda daha dolğun, isti və ifadəli qoxu yaratmağa imkan verir".
Ətirçi qeyd edib ki, payız aylarında ətir seçərkən mövsümün özünəməxsus atmosferini nəzərə almaq və daha isti səslənən Şərq üslublu ətirlərə üstünlük vermək məqsədəuyğundur: "Balın yumşaq və şirin, tütünün dərin və xarakterik, vanilin isə isti və kremli çalarları payız qoxularına fərqli çalar qatır. Qəhvə notları isə bu kompozisiyalara daha müasir və fərqli xarakter verə bilər. Bu baxımdan, payız üçün həm klassik isti notların, həm də son dövrdə populyarlıq qazanan qəhvə kimi aromaların yer aldığı daha zəngin kompozisiyalar seçilə bilər".
Zeynəb Həsən
18:30 02.10.2026
Oxunuş sayı: 39