ABŞ-də seçki vədi: Tramp 5 min dollarlıq ödəniş açıqladı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası Nümayəndələr Palatası və Senatda nəzarəti saxlayacağı təqdirdə, ölkədəki hər bir yetkin vətəndaşa 5 min dollar məbləğində ödəniş ediləcək.
Crossmedia.az xəbər verir ki, Tramp bu vədi 2026-cı il aralıq seçkiləri ərəfəsində səsləndirib. O, nəzərdə tutulan ödənişi “dividend” adlandırıb.
ABŞ Prezidenti çıxışında Demokratlar Partiyasını da sərt tənqid edib. Tramp demokratların siyasətinin sosializm və kommunizm istiqamətində irəlilədiyini bildirib.
Qeyd edək ki, 5 min dollarlıq ödəniş planının həyata keçirilməsi üçün böyük həcmdə federal vəsait tələb olunur və təklifin Konqresdə qanunvericilik dəstəyinə ehtiyacı ola bilər. Buna görə də hazırda bu açıqlama seçki vədi xarakteri daşıyır.
14:52 02.10.2026
Oxunuş sayı: 53