Ərinin 15 yaşlı qardaşı ilə əlaqəsi ifşa olundu ŞOK HADİSƏ
Məhkəmə ərinin 15 yaşlı qardaşı ilə intim münasibətdə olan qadını 300 saat müddətinə məcburi ictimai işlərə məhkum edib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
İş materiallarına görə, qadın ərinin 15 yaşlı qardaşı ilə yaxın münasibətdə olub və onunla intim əlaqəyə girib. Hadisədən yeniyetmənin anası xəbər tutduqdan sonra dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Zərərçəkmiş şəxsin maraqları nəzərə alınaraq cinayət işinə qapalı məhkəmə iclasında baxılıb. İş üzrə bütün halları araşdıran hakim təqsirləndirilən qadına 300 saat məcburi ictimai iş cəzası təyin edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Texas ştatında müəllimə iki yeniyetmə ilə cinsi əlaqəyə girdiyini etiraf edib. 25 yaşlı Şelbi Don Laşomb 16 yaşlı şagirdlə öpüşərkən görüldükdən sonra aparılan araşdırma zamanı saxlanılıb.
Yeniyetmə qadınla altı ay ərzində bir neçə dəfə intim münasibətdə olduğunu bildirib. Daha sonra Laşomb ilk zərərçəkmiş şəxsdən bir yaş böyük olan başqa bir şagirdi də cəlb etdiyini etiraf edib.
Məhkəmə qadını altı il müddətinə şərti cəzaya məhkum edib.
12:52 02.10.2026
Oxunuş sayı: 40