Mərkəzi Banka yeni baş direktor təyin edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.
Crossmedia.az xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.
Qeyd edək ki, yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.
11:54 02.10.2026
Oxunuş sayı: 41