Hakimlərə qarşı araşdırma dərinləşir: istintaqda yeni mərhələ
İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosu tərəfindən bəzi şübhəlilər barəsində “işgəncə”, “rəsmi sənəddə saxtakarlıq”, “etimaddan sui-istifadə” və “şəxsi məlumatların qanunsuz əldə edilməsi” ittihamları üzrə başladılan “Hakemlər dosyası” araşdırması davam edir.
Crossmedia.az xəbər verir ki, araşdırma çərçivəsində əməliyyatdan əvvəl və sonra çoxsaylı hazırkı və keçmiş hakim İstanbul Əmniyyətinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsində zərərçəkən və şahid qismində ifadə verib.
İfadə verən hazırkı hakimlər arasında Abdullah Buğra Taşkınsoy, Erdem Onur Uçarcı, Sarper Barış Saka, Murat Zirek, Kerem Ersoy, Oğuzhan Uğurlu, Zorbay Küçük, Mustafa İlker Coşkun, Gamze Durmuş Pakkan, Burak Pakkan, Mehmet Dilaver Ay, Ümit Öztürk, Emir Eray Eyisoy, Direnç Tonusluoğlu və digər hakimlərin olduğu bildirilib.
Keçmiş hakimlər Deniz Ateş Bitnel, Alparslan Dedeş, Hüseyin Göçek, Mete Kalkavan, Süleyman Abay, Alper Ulusoy, Ali Tuna və Emre Altun da zərərçəkən və şahid qismində ifadə veriblər.
Araşdırma çərçivəsində əməliyyat
İstanbul Əmniyyətinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmada bəzi şübhəlilərin “işgəncə” və “rəsmi sənəddə saxtakarlıq” əməlləri ilə əlaqəsinin olub-olmadığı araşdırılıb.
Açıq mənbə araşdırmaları, Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) məlumatları, HTS analizləri, zərərçəkən və şahid ifadələri, eləcə də ekspert rəyləri əsasında MHK sədri Ferhat Gündoğdu və bəzi hakim və müşahidəçilərin cinayətlə əlaqəsinin ola biləcəyi qiymətləndirilib.
Bundan sonra İstanbul, Ankara, Elazığ və Manisada müəyyən edilmiş ünvanlara əməliyyat keçirilib. Əməliyyat zamanı Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk, keçmiş TFF Mərkəzi Hakim Komitəsi sədr müavini Ahmet Şahin, keçmiş Mərkəzi Hakim Komitəsi üzvü Yunus Yıldırım və digər şəxslər saxlanılıb.
Araşdırma çərçivəsində Super Liqa hakimi Yasin Kol və Super Liqa köməkçi hakimi Göktuğ Hazar Erel də İstanbul Əmniyyətinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
09:43 02.10.2026
Oxunuş sayı: 45