Almaniya və Fransaya dizel ehtiyatları ilə bağlı tələb irəli sürüldü
ABŞ Almaniya və Fransadan yanacaq bazarında təklifi artırmaq və qiymətləri azaltmaq məqsədilə dizel ehtiyatlarının bir hissəsini satmağı tələb edir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Berlin və Paris bu tələbi yerinə yetirmədiyi halda ABŞ-nin dizel yanacağının ixracına məhdudiyyət tətbiq etməsi ilə üzləşə bilər.
Müzakirələrdən xəbərdar olan mənbələr ABŞ-nin bu addımla yanacaq təklifini artıraraq dizel qiymətlərinin aşağı salınmasına nail olmağa çalışdığını bildiriblər.
19:17 01.10.2026
Oxunuş sayı: 43