Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edir
Böyük Britaniya Rusiyaya qarşı 31 yeni sanksiyadan ibarət paket elan edib. Britaniya hökumətinin məlumatına görə, tədbirlər Rusiyanın hərbi fəaliyyətinin maliyyələşdirilməsinə mane olmaq, dezinformasiya şəbəkələrini hədəfə almaq və Ukraynada mülki şəxslərə qarşı işgəncə və uşaqların deportasiyası ilə əlaqələndirilən şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, yeni sanksiyalar Rusiyanın LNG daşıyan “kölgə donanması”na daxil olan gəmiləri, Kremlə bağlı dezinformasiya şəbəkələrini və digər fiziki və hüquqi şəxsləri əhatə edir. Britaniya hökuməti paketin qış ərəfəsində Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaq məqsədi daşıdığını bildirib.
17:00 01.10.2026
Oxunuş sayı: 45