Putin Rusiya ordusuna müraciət etdi
Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunları Günü münasibətilə hərbçilərə müraciət edərək onları təbrik edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında bu barədə məlumat yayılıb.
Putin bildirib ki, Rusiya hərbçilərin adları və göstərdikləri şücaətlərlə fəxr edir. O, Quru Qoşunlarının şəxsi heyətinin cəsarətini və fədakarlığını xüsusi qeyd edib.
Rusiya Prezidenti müraciətində Quru Qoşunlarının əvvəlki nəsillərinin və veteranlarının döyüş və vətənpərvərlik ənənələrinin hazırkı hərbçilər üçün layiqli nümunə olduğunu vurğulayıb.
10:36 01.10.2026
Oxunuş sayı: 42